“Qardaş Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması təqdirə layiqdir”.

“Əyər Rusiya Ermənistanda hərbi bazalarını yaradıbsa, Türkiyə qardaş Azərbaycanda nədən yaratmasın”?

Moskva hərəkətləndi: Türkiyə Azərbaycanda hərbi baza yaradırDağlıq Qarabağ münaqişəsi ətrafındakı son gəlişmələr Rusiya və Türkiyə arasında gərginliyi artırıb. Aprelin 2-5 tarixlərini əhatə edən 4 günlük Ermənistan – Azərbaycan savaşında Azərbaycana dəstək nümayiş etdirən Türkiyənin jestinə cavab olaraq Rusiya düşmən ölkədəki hərbi qüvvələrini gücləndirmək barədə qərar qəbul edib.

Artıq tərəflər arasında söz savaşının praktiki addımlara keçdiyi deyilir. Rusiya KİV-ləri yazırlar ki, Kreml Ermənistan – Türkiyə sərhədinə yeni hərbi bazanın yaradılması planının üzərində işləməyə başlayıb.

İrəvana səfəri çərçivəsində bölgəyə baxış keçirəcək Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovdan sonra Müdafiə naziri Sergey Şoyqunun da Ermənistana göndəriləcəyi bildirilir. Qeyd olunur ki, Rusiyanın Gümrü bazasındakı hərbçilərinin bir qismi bölgəyə nəzarət üçün Ermənistan-Türkiyə sərhədlərinə göndərilib.

Türkiyə tərəfi də Rusiyanın bu addımlarına cavab vermək niyyətindədir. Gələn məlumatlara görə, müttəfiq ölkə Naxçıvanla yanaşı Azərbaycanın digər bölgələrində hərbi baza qurmaq barədə düşünməyə başlayıb. Təklifin Azərbaycan hakimiyyətinə çatdırdıldığı deyilir. Rəsmi Bakıdan Ankaraya hansı cavabın verildiyi deyilməsə də, məsələnin müzakirə ediləcəyi ehtimallar arasındadır.

78446

Davudoğlunun mesajı, Pakistanın 100 minlik ordusu… Rusiya tərəfinin qıcıqlandıran əsas səbəb kimi İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində Türkiyə Baş naziri Əhməd Davudoğlunun müsəlman və İslam dövlətlərini Azərbaycanın müdafiə edilməsinə çağırış etməsi olub. Paralel olaraq, Türkiyənin son zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv şəkildə qoşulması və vasitəçi olmaq cəhdləri də Kremli narahat edir.

Qərb və ABŞ-dan da Türkiyənin bu cəhdlərinə dəstəyin verilməsi Kremli bu planı pozmağa vadar edir. Pakistanın İstanbul sammitdən əvvəl 100 minlik hərbi qüvvələrini Azərbaycana hərbi dəstək üçün hazır vəziyyətə gətirməsi barədə yayılan məlumatlar da bu qəbildəndir. Qeyd olunur ki, aprelin əvvəllərində Ermənistan və Azərbaycan arasında yaşanan qarşıdurmaya cavab olaraq Türkiyə də Ermənistanla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədiylə silahlı qüvvələrinin sayını artırıb.

Ankaranın bu addımını savaş vəziyyətində Türkiyənin Azərbaycana dəstəyi və Ermənistana müharibə mesajı kimi qəbul edən Rusiya adekvat addımlar atmağa başlayıb. Cənubi Qafqaz təhlükədə Politoloq Qabil Hüseynli Cebhe.info-ya indiki halda Türkiyənin Azərbaycana mənəvi dəstək nümayiş etdirdiyini deyib və bunun Rusiya ilə gərginliyə səbəb olacağını istisna edib: “Rusiya – Türkiyə münasibətləridə son zamanlarda yumşalma baş verir. Rusiya Türkiyə ilə münasibətləri düzəltmək istəyir”. Qabil Hüseynli Valeri Gerasimovun İrəvana səfəri çərçivəsində Rusiyanın Ermənistanda yeni hərbi bazasının yaradılması üçün bir sıra bölgələrə baxış keçirəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib:
“Çox təhlükəli addımdır. Gerasimov orada Ermənistan ordusunun mütəmadi olaraq silahlandırılması və eyni zamanda burada Rusiyanın hərbi bazasının yaradılması məsələsini müzakirə edib. Rusiya onsuz da Ermənistanı həmişə silahlandırır, oradakı bazası da kifayət qədər güclüdür. Yeni bazanın yaradılması planında isə Türkiyə də, Azərbaycan da nəzərdə tutula bilər. Ermənistan onsuz da həddən artıq hərbiləşdirilib. Silah kvotasını çoxdan pozub.
Yeni bazanın yaradılması və bundan sonra Ermənistan ordusunun silahlandırılması bölgədə təhlükəni artıracaq. Bu silahlar Ermənistana pulsuz verilir”. Türkiyənin Azərbaycana faydası var? Politoloq Elxan Mehdiyev Cebhe.info-ya açıqlamasında Türkiyədən gələn mesajların bəyanat xatirinə olmadığını deyib. E.Mehdiyev hesab edir ki, bu açıqlamalar Azərbaycanın xeyrinə deyil:
“Dağlıq Qarabağ münaqişəsi ətrafındakı indiki kövrək vəziyyət və Türkiyə – Rusiya arasındakı gərginliyin davam etdiyi vaxt Ankaradan əsası olmayan bəyanatların səsləndirilməsi erməni dəyirmanına su tökməkdir. Yaxşı ki, bu bəyanatlar davam etdirilmədi. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının münaqişəyə heç bir faydası yoxdur. Bu, Minsk Qrupu həmsədrlərinin qısqanclığına səbəb olur. Həmçinin Qərb dövlətlərinin bu məsələyə müdaxilə etməsinə şərait yaradır.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistana arqument verir ki, “Baxın İslam dünyası Azərbaycanı dəstəkləyir”. Bu baxımdan da Xristian dünyası Ermənistana dəstək verə bilər. Bunun bizə heç bir faydası yoxdur”. Elxan Mehdiyev qeyd edib ki, Azərbaycan ordusunun son uğurlu əməliyyatları bütün dünyada müzakirə olundu: “Xüsusilə Rusiya əsas diqqətini bu proseslərə yönəltdi. Amma siz bunun Türkiyənin hansısa telekanalında müzakirə olunduğunun şahidi oldunuz?
Ancaq MHP-nin kanalı bu münaqişəyə diqqət ayırdı, bu kanalın da tamaşaçı auditoriyası məhduddur.

Populyar türk kanalları isə məsələyə elə münasibət sərgilədilər ki, elə bil hadisələr Azərbaycanda yox, Avstraliyada baş verir. Bu onun göstəricisidir ki, Türkiyədə bu məsələdən nə medianın, nə də ziyalıların xəbərləri var. Doğrudur, türk milləti bizim yanımızdadır, biz yalnız bu millətə arxalana bilərik. Amma Türkiyənin düşüncə adamları və KİV-ləri Dağlıq Qarabağ münaqişəsi haqqında heç nə bilmirlər.
Hesab edirəm ki, Türkiyə hökumətindəki adamların əksəriyyəti də bu məsələnin detallarından xəbərsizdirlər. Nəticədə bu cür sürprizli vəziyyətlə rastlaşdıq. Türkiyədəki siyasi dairələrin xəbərsizliyi 25 ildən sonra da davam edir”.(cebhe.info)

kaynak

Комментарии